Qısa məzmun
RAM Holding Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı
- Komandada və individual işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq olmalı
- Yaş aralığı: 22-30
- Cinsi – xanım
- Rus və ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
- MS Office proqramlarını xüsusilə də Excel proqramından yaxşı səviyyədə istifadə bacarığı
Əmək funksiyaları:
- Ofis xidmətlərini təmin etmək;
- Sənədlərin qeydiyyat sistemini yaratmaq, eləcə də yazışmalar və digər əlaqə vasitələrinə nəzarət etmək;
- Ofis daxili və xarici sənədlərin qeydiyyatını aparmaq;
- Ofis avadanlıqlarına texniki xidməti təmin etmək
- Ofis təchizatını təmin etmək və yeniləmək;
- İnventarın sayını müəyyən etmək üçün ehtiyatları yoxlamaq;
- Tələb olunan ehtiyatları qabaqcadan müəyyən etmək;
- Ofis sistemlərinin, avadanlıqlarının alınmasını, yerləşdirilməsini planlaşdırmaq və həyata keçirmək;
- Ofisin inzibati işçi heyətinə nəzarət etmək;
- Görüşlərin təşkil edilməsi;
- CV bazasının mütəmadi olaraq yenilənməsi;
- Rəhbərliyin digər göstərişlərini icra etmək;
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Ofis menecer” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...