Qısa məzmun
Vəlioğlu-2018 Ofis Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş Təsviri:
- Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək;
- Yerli və Xarici şirkətlər tərəfindən gələn məktubların cavablandırılmasını təmin etmək;
- Daxili və xarici ezamiyyətlər üçün hazırlıqlar görmək, marşrutları seçmək, səfər planlarını (aviabiletlərin sifarişi, otel gecələməsi və s,) hazırlamaq;
- Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi;
- Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparmaq;
- Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu direktora bildirmək;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etmək;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək;
- İşçi heyəti münasibətlərinin idarə edilməsi;
- Ofis daxili əməliyyat və prosedurların nəzarətinin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dili və İngilis dili – əla, (Rus dili yaxşı səviyyədə bilməsi üstünlükdür);
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti;
- Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Ofis ərazisinə yaxın yaşayış ərazisi (üstünlükdür);
- Yalnız xanım namizədlər.
Çalışmaq arzusunda olan şəxslər mövzu yerinə “Ofis Meneceri” qeyd etməklə CV-lərini hr@velioglu.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan Resursları üzrə mütəxəssis
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...