Ofis Administratoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZCD Group QSC Ofis Administratoru vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
  • E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək;
  • Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə  və düzgün alınmasına nəzarət etmək;
  • Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
  • Vəzifə təlimatına uyğun rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Namizədə olan tələblər:

  • Ali Təhsil;
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Microsoft Office və digər proqramlar;
  • Vaxtı idarə etmə qabiliyyəti;
  • Aydın və peşəkar dildə işçi heyəti ilə  ünsiyyət qurmaq;
  • Mükəmməl ünsiyyət bacarıqları, şəxslərarası əlaqə qurma və müştərilərə xidmət; göstərmə qabiliyyəti;
  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə;
  • Rus və İngilis dilində ünsiyyət qura bilmək;
  • Telefon,elektron poçt və yazılı formada tapşırıqların icrası ilə bağlı verilmiş tələbləri cavablandırmaq; 
  • İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı: 600-700 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofis Administratoru” qeyd edərək elektron ünvanına Resume göndərməniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı