Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN. MPAY QSC Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Ödənişlər və ödənişlərlə əlaqəli müştəri müraciətlərini şirkətin prosedurlarına əsasən qəbul etmək
  • Korporativ ServiceDesk proqram təminatı vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
  • Araşdırılan insidentləri prosedurlara əsasən eskalasiya etmək
  • Ödənişlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
  • Öhdəsində olan fəaliyyətləri üzrə prosedur və qaydaları, hesabatlar tərtib etmək
  • Ödənişlərlə əlaqəli müraciətlər üzrə müvafiq hesabatlar tərtib etmək
  • Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
  • Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi

Namizədə qoyulan tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək)
  • Kompüter avadanlıqlarına texniki dəstək üzrə – əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair – baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda iş təcrübəsi olanlara üstünlük veriləcək)
  • İTİL4 üzrə ilkin biliklər. (İTİL4 Foundation sertifikatına malik olanlara üstünlük veriləcək)
  • Oxumaq, öyrənmək , analitik və alqoritmik düşünmə qabiliyyəti
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
  • Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı
  • Fərdi və komanda ilə işləmək qabiliyyəti
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri – yüksək səviyyədə, Ingilis dili – texniki sənədləri oxumaq və yazmaq səviyyəsində

Digər şərtlər

  • Vəzifənin sahəsinə görə spesifik olduğuna görə işə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

İş şəraiti:

  • Ofis daxili;
  • Əmək haqqı 1200 – 1500 AZN;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində “Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı