Qısa məzmun
Ə/h 600 AZN. Modenis LLC eManat Nəqliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. 1C proqramını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Vəzifə təlimatlarının tələblərini ciddi surətdə yerinə yetirir;
- Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
- Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması;
- Günlük və aylıq olmaqla avtomobillərin yanacaq sərfiyyatına nəzarət və sərfiyyatın idarə edilməsi;
- NV-lərinin istismarı üzrə texniki normativlərə riayət edilməsi prosesinə nəzarət etmək;
- Avtomobillərin qaydalara uyğun olaraq istismarına və texniki təhlükəsizliyinə nəzarət etmək, sürücülərlə birbaşa işləmək iş bölgüsünin aparılması;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi:
- Avtomobil və ümumi təhlükəsizlik məsələləri ilə bağlı öz təkliflərini birbaşa tabe olduğu rəhbərinə çatdırır, məsələlərin həlli ilə əlaqədar öz təkliflərini irəli sürür;
Vakant vəzifə üzrə tələblər:
- Yaş 30 – 45
- Bu sahə üzrə 2-3 il iş təcrübəsi olmalıdır
- “MS office” proqramlarını yüksək səviyyədə bilməlidir
- Yol hərəkəti qaydalarını və onların pozulmasına görə təyin edilmiş cərimə sanksiyalarını bilməlidir
- Avtomobilin əsas texniki xarakteristikasını və ümumi quruluşunu, təyinatını, mexanizmini, hərəkət prinsipini, avtomobilin aqreqat
- cihazlarının işi və xidmətini bilməlidir
- 1C proqramını bilməlidir
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqı nett 600 AZN;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin verilməsi;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Nəqliyyatçı” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...