Qısa məzmun
AgroTrade Supply Növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir.
İş Yeri: Platek Pact MMC
İş məkanı: Şəmkir
Tələblər:
- Təhsil səviyyəsi: Orta, texniki peşə
- İş təcrübəsi: İstehsalat sahəsində minimal 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan (əla)
- Kompüter bilikləri: MS Office programları üzrə biliklər
Vəzifədən gözləntilər:
- Məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək;
- İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, işlərin təkmilləşdirilməsi metodlarının yayılması işində iştirak etmək;
- Avadanlıqlarda üzə çıxan qüsurları aradan qaldırmaq üçün lazımi şöbələrə məlumat vermək;
- Avadanlıqların boşdayanma vaxtı buraxılan məhsulların keyfiyyətinin aşağı düşməməsi üçün tədbirlər hazırlamaq və tədbiq etmək;
- Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək;
- Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək;
- Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.
Vəzifə üzrə səriştələr:
- Məsuliyyətlilik və sahiblənmə
- Keyfiyyətlilik və effektivlik
- Təşkilatçılıq və idarəetmə bacarığı
- Detallara diqqətlilik
- Komandada işləmə bacarığı
- İş standartlarının idarə edilməsi
Maraqlananların emaildə “Növbə rəisi” yazaraq CV-lərini göndərməyi xahiş olunur.