Növbə mühəndisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom MMC Növbə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

https://qlor.me/m4119rmr2t

Təsvir

  • Kommutasiya və transport sistemlərinin montaj və blok sxemlərini, avadanlıqların yoxlama və tənzimləmə metodlarını, filiala aid şöbələrin iş prinsipini, rabitə kanal və avadanlıqların elektrik normalarını, kommutasiya və transport sistemlərinə aid olan sənədləşmələri icra etmək.
  • Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarından istifadə etməyi, ölçmənin prinsip və metodlarını bilmək.
  • Avadanlıqların dəqiq və fasiləsiz işini və  növbə işciləri tərəfindən görülmüş işlərin keyfiyyətinə nəzarəti təmin etmək.
  • Qəza siqnallarının kateqoriyasına uyğun olaraq avadanlıqlardakı nasazlıqların vaxtında aradan qaldırılmasına nəzarəti təmin etmək.
  • Kommutasiya və transport sistemlərinin istismarına aid təlimatda göstərilmiş vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirmək.
  • Müəsisənin digər struktur bölmələri ilə öz fəaliyyətini koordinasiya etmək, onlarla qarşılıqlı əlaqəni təmin etmək.

Tələblər

  • Ali və ya orta texniki təhsilli olmalıdır.
  • Kommutasiya və ya transport sistemlərinin istismarı sahəsində və ya digər

telekommunikasiya texnologiyaları sahəsində təcrübəsi olması üstünlükdür.

  • Tekekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını
  • bilməlidir.
  • Şəbəkədə istismarda olan avadanlıqların quruluşunu, texniki xarakteristikalarını,

konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini prinsipial, montaj və funksional sxemlərini bilməlidir.

  • Yüksək templi mühitlərdə kollektivlə çalışmağı bacarmalıdır.
  • MS Office proqramlarını bilməlidir.

Oxşar vakansiya siyahısı:

İnşaat işləri üzrə sahə rəisi

Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...

Facility Management Group

22.09.2022 - Bakı