NOC (Network Operation Center) Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Technology Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə: Şəbəkə əməliyyat mərkəzinin mütəxəssisi
Şöbə: İnfrastruktur
Birbaşa rəhbər: İnfrastruktur şöbəsinin rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur

Məsuliyyətlər:

“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri

  • SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
  • Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
  • Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
  • Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
  • “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
  • Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
  • Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək

Əsas vəzifələr:

  • “PAŞA Technology” MMC-nin Data Mərkəzi obyektləri, hesablama və saxlama sistemlərinə 1-ci səviyyəli yardımın göstərilməsi
  • “PAŞA Technology” MMC-nin “Windows”, “Linux” və “Unix” əməliyyat sistemlərinə əsaslanan İT və bulud sistemlərinin monitorinqi
  • “PAŞA Technology” MMC-nin bulud xidmətləri üzrə təkliflərinin monitorinqi (IaaS, SaaS, PaaS)
  • “Agile” iş üsulunu dəstəkləmək
  • Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün proqram təminatının yaradılması və İT əməliyyatları prinsiplərindən fəal istifadə
  • Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
  • Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
  • Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi
  • Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi
  • İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
  • Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
  • Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması
  • Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində).
  • Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün “PAŞA Technology” MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi.
  • Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması.
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi
  • Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi.
  • “Agile” iş üsulunu dəstəkləmək
  • Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
  • İnfrastruktur nasazlıqlarının aradan qaldırılması
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bəxbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
  • Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün infrastruktur şöbəsinin rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
  • Bədbəxt hadisələrin infrastruktur şöbəsinin rəhbərinə bildirilməsi
  • Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək

İkinci dərəcəli öhdəliklər:

  • “PAŞA Technology” MMC-nin monitorinq sistemlərinin idarə edilməsi və istismarı
  • Bədbəxt hadisələrin müəyyən edilməsi, onların ağırlıq dərəcəsini və tələb olunan cavab tədbirini müəyyən etmək üçün təhlil və araşdırmanın aparılması.
  • “PAŞA Technology” MMC-nin sistemləri və şəbəkələri üzrə nasazlıqların müəyyən edilməsi və cavab tədbirlərinin görülməsi, müstəqil təchizatçılarla əməkdaşlıq,
  • sazlıqların məruzə edilməsi və həll olunması.
  • Bədbəxt hadisələrin siyasət və prosedurlara uyğun olaraq düzgün şəkildə məruzə edilməsi və sənədləşdirilməsinin təmin edilməsi.
  • Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibati-təsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə adanlıqların texniki xidmətinin həyata keçirilməsi.
  • Şəbəkə əməliyyat mərkəzi üçün müntəzəm əməliyyatlar zamanı istifadə olunan proses və prosedurların məlumat bazası və texniki sənədlərinin saxlanılması.
  • Xüsusilə, “PAŞA Technology” MMC-nin arxitekturası və platformaları ilə əlaqədar şəbəkə və sistemin idarə olunması üzrə bilik və bacarıqların formalaşdırılması.
  • Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi.
  • Tələb olunduqda 24/7 işə çağırılmağa hazır olmaq.
  • Təhlükəsizlik hadisələri zamanı hücumun səviyyəsini və biznesə təsirlərini müəyyən edən, bədbəxt hadisələrin qarşısının alınmasının ən yaxşı yolları, o cümlədən bu cür hadisələrin yenidən baş verməsinin qarşısını almaq üçün sistemlərin gücləndirilməsi və yumşaltma tədbirləri ilə bağlı tövsiyələr verən texniki nasazlıqların məruzə edildiyi şəxs kimi çıxış etməyə hazır olmaq.
  • Müştəri məmnuniyyətinin və texniki dəstək xidmətlərinin ümumi uğuru üçün məsuliyyət daşımaq.
  • Müxtəlif müştərilərlə nəzakətli, müsbət və peşəkar şəkildə davranmaq.
  • Güclü tənqidi düşüncə və problem həlletmə bacarıqları
  • Güclü təşkilatçılıq bacarıqları sayəsində detallara fikir vermək
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət.
  • Rotasiya əsasında iş saatlarında əlavə və həftə sonları işə gəlmək tələb olunacaqdır.
  • Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.

Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar

Təhsil:

  • Texniki sahə üzrə universitet dərəcəsi.
  • Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
  • Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür

Təcrübə:

  • Texniki dəstək və ya bənzər rol üzrə minimum 12-18 aylıq təcrübə
  • İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq.
  • Güclü şəbəkə diaqnostikası bacarıqları.
  • “Linux” əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar.
  • “Windows” əməliyyat sistemi üzrə əsas bacarıqlar.
  • Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq.
  • Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti.
  • Nasazlıqları qiymətləndirmək
  • “Microsoft Office” proqramlarından istifadə bacarıqları
  • Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik

Dil bilikləri:

  • İngilis dili – Yaxşı
  • Azərbaycan dili – Ana dili
  • Rus dili – Yaxşı
  • Fərdi bacarıqları Davranışlar:
  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyatların keyfiyyətini təmin etmək
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

E-mail: talents@pasha-technology.com

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı