Nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 425 AZN. Melissa Group Nəzarətçi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir.

“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Ofis meneceri (receptionist) vakansiyasıdır.

İş barədə məlumat:

  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
  • Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
  • Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
  • Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
  • Hadisələrə qarşı diqqətli davranmaq
  • Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
  • Obyekti vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
  • Obyektə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
  • Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
  • Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
  • Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
  • Növbə zamanı xüsusi geyim formasında olmaq
  • Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
  • Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
  • Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
  • Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Namizədə dair tələblər:

  • Yaş: 20-30
  • Cinsi: kişi
  • Boyu: 180 sm
  • Həqiqi hərbi xidməti başa vurmuş
  • Təhsili: Tam orta və ya peşə təhsili
  • Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
  • Rus dilini bilməsi üstünlükdür
  • Çevik və doğru qərar vermə bacarığı

İş haqqında məlumat:

  • İş yeri: Bakı şəhəri
  • Vəzifə: nəzarətçi
  • İş rejimi: növbəli iş qrafiki, 12 saatlıq (gündüz 07:00-19:00, gecə 19:00-07:00-a dək)
  • İstirahət vaxtı: növbəli iş qrafikinə uyğun tənzimlənir
  • Əmək haqqı: 425 AZN
  • Əmək münasibətləri AR ƏM əsasında tənzimlənir

CV-lərinizi hr@melissagroup.az ünvanına “nəzarətçi” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...