Nəzarət üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avrora Nəzarət üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.

Vəzifələr:

  • Anbarlarda mal və materialların silinmə prosesində iştirak edilməsi;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
  • İllik sayım planına əsasən nəzərdə tutulmuş anbar sayımlarının keçirilməsinin izlənilməsi və keçirilmiş sayım hesabatlarının hazırlanması;
  • İş proseslərinin müşahidəsi zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak;
  • Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında şöbənin adından iştirak edilməsi;
  • Nəzarət şöbəsinin rəhbəri və nəzarət üzrə aparıcı mütəxəssis tərəfindən yerində aşkarlanmasına ehtiyac olan əməliyyatlarda iştirak edilməsi;
  • Periodik olaraq anbar sahələrinə ziyarətlərin edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tövsiyələrin verilməsi;
  • Sayımlar və silinmə zamanı mənimsəmə və uyğunsuzluqların araşdırılması;
  • Təşkilatın daxili nəzarət sisteminin tətbiqinin müşahidə edilməsi;
  • Xidmət və mal alımları proseslərində əhəmiyyətli hesab edilən proseslərdə iştirak;
  • Şöbə rəhbəri tərəfindən verilmiş təlimatlar əsasında komissiyaların tərkibində yoxlamalarda iştirak edilməsi.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
  • 3 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Risk dəyərləndirilməsi üzrə biliklər;
  • İnventarizasiya prosesi barədə biliklərinin olması;
  • MS Office Excel bilikləri (yüksək səviyyədə).

İş şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş vaxtı: 08:00-dan 17:00-dək;
  • İş yeri: Hökməli qəs., Avrora Sənaye Parkı;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.

Biz nə təklif edirik:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

550₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

14.05.2024 - Bakı

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı