Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Nəzarət üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.
Vəzifələr:
- Təşkilatın daxili nəzarət sisteminin tətbiqinin müşahidə edilməsi;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- İllik sayım planına əsasən nəzərdə tutulmuş anbar sayımlarında iştirak edilməsi;
- Nəzarət şöbəsinin rəhbəri və nəzarət üzrə aparıcı mütəxəssis tərəfindən yerində aşkarlanmasına ehtiyac olan əməliyyatlarda iştirak edilməsi;
- Şöbə Rəhbəri tərəfindən verilmiş təlimatlar əsasında komissiyaların tərkibində, yoxlamalarda iştirak edilməsi;
- Periodik olaraq anbar sahələrinə ziyarətlərin edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində rəhbərlərin məlumatlandırılması;
- İş proseslərinin müşahidəsi zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
- Anbarlarda mal və materialların silinmə prosesində iştirak edilməsi.
Tələblər:
- Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
- 2 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- MS Office Excel (yaxşı səviyyədə)
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş vaxtı: 08:00-dan 17:00-dək;
- İş yeri: Hökməli qəs., Avrora Sənaye Parkı;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəzarət üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...