Qısa məzmun
Azerconnect LLC şirkəti Network Monitoring Engineer vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə keçid edin: https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/292/share/300000099166052?utm_medium=jobshare
Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Növbəli
Son müraciət tarixi: 19 May 2022.
Şəbəkə Monitorinqi üzrə Mühəndis olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Avadanlıqların və şəbəkə səviyyəsinin kəsilməsini qeyd etmək və problemin start/stop barədə müvafiq bölmələri xəbərdar etmək;
- Müştəri problemlərini həll etmək və düzəliş tədbirləri tətbiq etmək;
- Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələrdə planlaşdırılmış tədbirlər kateqoriyalarının kontrolu və yoxlaması;
- Sahələrə girişin kontrolu, sahələrdə işlərin qeydiyyatı və izlənilməsi;
- Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələr parametrlərinin 24/7 monitorinqi üçün element idarəetmə sistemlərindən istifadə etmək və şəbəkənin etibarlılığını təmin etmək üçün performans vasitələrindən istifadə etmək;
- Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələrinin normal işləməsi, konfiqurasiyası və saxlanılması üçün müxtəlif bölmələrlə əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən hesabatlari və digər tapşırıqları yerinə yetirmək;
- Zəruri əməliyyat siyasətinin və prosedurlarının aktual olmasını və düzgün şəkildə yerinə yetirilməsini təmin etmək;
- Biliklər paylaşmaq.
Vəzifənin tələbləri:
- Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;
- Radio/Transmissiya/Əsas/Sabit/İT Şəbəkələr üzrə biliklər;
- Telekom protokolları üzrə biliklər;
- Avtomatlaşdırma vasitələri və texnika üzrə biliklər;
- Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil və ya Telekommunikasiya sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili – əla, Rus və İngilis dilləri – orta;
- MS Ofis proqramlarını – orta;
- Yeni texnologiyaların yaranmasını və telekommunikasiyanın inkişafını əməl etmək.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...