Network administrator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərpoçt Network administrator vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: FW, IPS, Switches, Routers;
  • Şəbəkə avadanlığının sazlanması, quraşdırılması və kommutasiyası;
  • Şəbəkə avadanlığının diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkarlanması, təhlükəsizlik təhdidlərindən qorunmaq üçün həllərin hazırlanması;
  • Şəbəkə avadanlığının konfiqurasiyalarının dəyişdirilməsi, rezervləşdirilməsi və bərpası;
  • Giriş hüquqlarının konfiqurasiyası, qurulması və ayrılması;
  • Tunellərin təşkili və dəstəklənməsi;
  • Bulud infrastrukturu ilə məlumat mərkəzinin inteqrasiyasına dəstək;
  • IP telefoniyanın idarə edilməsi;
  • Yeni kanalların qoşulmasında iştirak (avadanlığın sazlanması və kanalların qəbulu);
  • Şəbəkə infrastrukturu monitorinq sistemlərinin qurulması və idarə edilməsi
  • Aktiv şəbəkə avadanlığının monitorinqi, trafik analizi, qəza hallarının aradan qaldırılması, troubleshooting;
  • Provayderlərlə qarşılıqlı əlaqə (texniki məsələlərdə, şəbəkə avadanlıqlarında və rabitə kanallarında problemlərin aradan qaldırılması zamanı və s.)
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, kommutasiya jurnallarının, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Korporativ seqmentdə / inteqratorda şəbəkə və telekommunikasiya texnologiyaları sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Korporativ WAN şəbəkələrinin qurulması, inkişafı və müşayiət təcrübəsi;
  • CCNP səviyyəsində Cisco routing/switching/security həlləri ilə bilik və praktiki təcrübə mövcudluğu;
  • Cisco, HPE və digər şəbəkə avadanlıqlarının konfiqurasiyası, istismarı və dəstəklənməsi təcrübəsi;
  • IPS, WAF, NGFW sistemləri ilə iş təcrübəsi;
  • PowerShell-də (bash, python) skript yazma təcrübəsi;
  • Linux əməliyyat sisteminin bilik və idarəetmə bacarıqları;
  • IP telefoniya ilə iş təcrübəsi;
  • Şəbəkə avadanlığının quraşdırılması və qoşulması üzrə təcrübə;
  • İnformasiya təhlükəsizliyi prinsiplərinin və şəbəkə təhlükəsizliyinin əsaslarının biliyi;
  • İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən.

Qeyd olunan tələblərə uyğun namizədlərin öz CV-lərini mövzu sətrində vakansiyanın adını  Network administrator qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı