.Net developer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi .Net developer vəzifəsi üzrə vakansiya elan edir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

Vəzi̇fə Funksi̇yaları:

  • texniki tapşırığa uyğun alqoritmlərin qurulması və proqramlaşdırılması;
  • dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • inteqrasiyaların yazılması;
  • istənilən maneələri aradan qaldırmaq məqsədilə çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • mövcud layihələrdə təkmilləşdirmə və ya texniki dəstək işlərinin görülməsi;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:

  • ali təhsil;
  • C# dili üzrə proqramlaşdırma biliyi;
  • alqoritm qurma bacarığının olması;
  • hər hansı bir RDBMS məlumat bazası ilə işləmə bacarığının olması;
  • ASP.NET MVC biliyinin olması;
  • SOAP/REST tipli veb servislər barədə ilkin biliklərə malik olması;
  • Html/CSS/JavaScript biliklərinin olması;
  • səmərəli və anlaşılan kod yazmaq bacarığının olması.

Üstünlük göstəriciləri:

  • Kompüter elmləri, informasiya texnologiyaları ixtisasları üzrə ali təhsil;
  • Git version control sistemi üzrə biliklər;
  • ASP.WebForms üzrə biliklər.

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • komanda işi;
  • nəticəyə hədəfli.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “.net developer” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı