Nəqliyyat üzrə nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Superfon Nəqliyyat üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. Sürücülük vəsiqəsi olmalıdır.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Nəqliyyat üzrə nəzarətçi (Gəncə)

İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 və ya üzəri

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vəsitələrinin göstərilən istiqamətlər üzrə hərəkətinə nəzarət etmək;
  • Avtomobillərin vaxtaşırı xidməti baxışının keçirilməsi;
  • Sürücülərin avtomobilin idarə edilməsinə dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • Avtomobillərin giriş – çıxış sənədlərin təmin edilməsi;
  • Aylıq olaraq avtomobillərin yanacaq sərfiyyatının idarə edilməsi;
  • Nəqliyyat vasitələrin sazlığının təmin edilməsi;
  • Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsini təşkili:
  • Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması

Tələblər:

  • Microsoft Office, xüsusəndə Excel proqramından istifadə bacarığı;
  • Analitik düşünə bilmə və təhlil etmə bacarığı
  • Sürücülük vəsiqəsi- BC kateqoriya
  • Servislərlə, digər texniki təminat şirkətləri ilə əlaqə qurmaq, müntəzəm ünsiyyətdə olmaq qabiliyyəti;
  • Avtomobillərin texniki xarakteristikasını bilməli;
  • Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
  • Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Nəqliyyat üzrə nəzarətçi” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 21.10.2020

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı