Qısa məzmun
Sumgait Technologies Park Nəqliyyat üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi minimum 5 il, rəhbər vəzifəsində ən azı 3 il;
- Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması;
- MS Office (Word, Excel) orta səviyyədə bilməsi;
- İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Özünü inkişafa meyilli və dürüst olmalı;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Hansı işləri görəcəksiniz:
- Şirkətin illik nəqliyyat planlarının hazırlanmasında iştirak;
- İş təşkilinin ehtiyacları əsasında zəruri nəqliyyatla təmin edilməsi;
- Təsdiq edilmiş limitlərə uyğun olaraq nəqliyyat xərclərinə nəzarət;
- Daxili yanacaq ehtiyaclarının hesablanması və istifadə olunacaq yanacağa nəzarət;
- Nəqliyyat vasitələrinin daxilinə nəzarət və onların sifarişində iştirak;
- Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin təşkili;
- Şirkətin Nəqliyyat vasitələri ilə bağlı elektron qeydiyyat işlərin aparılması;
- Nəqliyyat vasitələrinin sığorta növləri ilə təmin və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsi;
- Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi;
- Şirkətin nəqliyyat vasitələrinin və ağır tikinti texnikasının zamanında və problemsiz yerinə çatdırılmasını təmin etməlidir;
- Şirkətin nəqliyyat vasitələrinin əsasən avtomobillərin hərəkət istiqamətinin seçilməsi;
- Şirkətin subkontraktorlarının fəaliyyətinə nəzarət;
- Yük qaimələrinə, maşınların yol vərəqələrinə, maşınların zamanında yüklənilməsinə, sürücülərin iş fəaliyyətlərinə nəzarət etməyi bacaran;
- Sürücülərin iş saatı qaydalarına və nəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə (naviqasiya proqramı vasitəsi) nəzarət etməlidir;
- Sürüсülər tərəfindən avtonəqliyyatın hərəkətdə olan hissələrinin texniki istismar qaydalarına uyğun istismar olunmasına nəzarəti həyata keçirir;
- Nəqliyyat vasitələrinin (avtomobillərin, yük maşınlarının) düzgün istismarına nəzarət edilməsi.
Nə əldə edəcəksiniz?
- Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə menecer” yazaraq 04.04.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...