Nəqliyyat üzrə dispetçer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sirab ASC Nəqliyyat üzrə dispetçer vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Komputer bilikləri: MS Office – əla;
  • Dil bilikləri: Azərbaycan dili – əla;
  • Minimum 3 il iş təcrübəsi;
  • Yol-nəqliyyat işinin təşkilini bilməli;
  • Yük avtomobil daşımalarının planlaşdırılması, uçotu və təhlili üzrə rəhbər materialları bilməli;
  • Yük daşımalarının təşkili məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodik, normativ və digər rəhbər materialları haqqında nəzəri biliklərə sahib olmalı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməli.

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Planlaşdırma və problem həll etmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.

Vəzifə öhdəlikləri:

  • Daşımalar üçün optimal marşrut xətlərinin hazırlanması;
  • Satış təmsilçilərinin günlük sifarişlərini qəbul edilməsi və yüklərin müştərilərə vaxtında  və qüsursuz çatdırılmasını təşkili, bunun üçün zəruri tədbirlərin görülməsi;
  • Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
  • Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;
  • Davamiyyət və başqa hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

İş vaxtının norması:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
  • Yemək və ya pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə dispetçer” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı