Qısa məzmun
Camal LTD Company Nəqliyyat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- MS Office(Word, Excel, Outlook) proqramlarından mükəmməl istifadə bacarığı;
- Sürücülük vəsiqəsi- BC kateqoriya;
- Maşınların texniki xarakteristikasını bilməli;
- Dispetçer və nəqliyyat işinin təşkili sahəsində təcrübəli;
Vəzifə öhdəlikləri:
- Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda dərhal bu barədə rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Sürücülərin avtomobilin idarə edilməsinı dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edmək;
Əlavə məlumat:
- 6 günlük iş həftəsi, tam iş günü;
- Əmək haqqı: 1000 -1200 AZN
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
- Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 500 32 09
Maraqlanan namizədlərdən mövzu sətrində “Nəqliyyat şöbəsinin müdiri” qeyd etməklə CV ni hr@iceland.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...