Nəqliyyat sənədləri üzrə kargüzar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Nəqliyyat sənədləri üzrə kargüzar vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydaları yaxşı bilməli

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün əməkdaşlarına/qonaqlara nəqliyyat sorğularının koordinasiyasında yardım etmək, onlara vaxtında yazılı rəy vermək
  • Coins” proqramında xidmətlərin ödənişi, avtobus və taksi icarəsinin ödənişi, sürücülərin iş vaxtından artıq işləməsi, parkinq haqqı və s. kimi bütün növ ödənişlərdə yardım etmək
  • Şirkətin bütün nəqliyyat vasitələrinə vaxtında benzin doldurulmasını təmin etmək
  • Bütün ödənişlərin statusu və təchizatçılarla müqavilələrin müddəti ilə bağlı Maliyyə Departamentinə vaxtında dəstək vermək
  • Bütün sürücülərin həftəlik yazılı gediş hesabatları və səfərqabağı hesabatlarını yazmalarını və bu hesabatları aylıq olaraq Nəqliyyat Nəzarətçisinə təqdim etmələrini təmin etmək
  • Şirkətin bütün minik və yük maşınları üçün Yol Polis İdarəsindən gələn sənədlərin rəsmiləşdirilməsində Nəqliyyat Nəzarətçisinə kömək etmək
  • Nəqliyyat Nəzarətçisinin sorğusu əsasında aylıq və ya illik daşıma hesabatlarının hazırlanmasına yardım etmək
  • Şirkətin bütün nəqliyyat vasitələrində yaranan texniki nasazlıqlar barədə məlumat vermək
  • Şirkətin bütün nəqliyyat vasitələrinin həftəlik taxometr məlumatları haqqında qeydiyyat aparmaq
  • Şirkətin nəqliyyat vasitələrinin jurnallarının (sürücülərin əlaqə məlumatları, identifikasiya nömrələri və s. daxil olmaqla) dəqiq şəkildə aparılmasını koordinasiya etmək
  • Şirkətin təhlükəsizlik tələblərinə uyğun olaraq bütün zəruri avadanlıqların mövcudluğunun yoxlanmasına kömək etmək
  • Daşınma ilə bağlı Risklərin Qiymətləndirilməsində iştirak etmək
  • Nəqliyyat vasitəsinin vəziyyətinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığını və nəqliyyat vasitəsinin təhlükəsizlik avadanlığının yerində və yaxşı işlək vəziyyətdə olub-olmadığını yoxlamaq
  • GPS sistemi ilə şirkətin bütün nəqliyyat vasitələrini müşahidə etmək və onlara nəzarət etmək
  • Şirkətin bütün nəqliyyat vasitələrinin sığortalanmasının və Kasko sığortasının koordinasiyasını aparmaq

Vəzifənin kvalifikasiyası:

  • Bakalavr dərəcəsi
  • Maliyyə sahəsində iş təcrübəsi arzuolunandır
  • Excel/Microsoft Office, Outlook üzrə yüksək səviyyədə biliklər
  • Power Point proqramı üzrə ümumi biliklər
  • Azərbaycan və ingilis dillərində sərbəst, rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
  • Yol hərəkəti qaydalarını, Baş Dövlət Yol Polis İdarəsinin qaydalarını və s. yaxşı bilmək
  • Eyni anda birdən çox tapşırığı idarə etmək bacarığı
  • Gənc, səmimi, pozitiv kişi namizəd

Please, send your CV/Resume to hr@azerbaijansupermarket.com with “Nəqliyyat sənədləri üzrə kargüzar” subject

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı