Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Nəqliyyat logistikasının xərclərinin qiymətləndirilməsi və təhlili;
  • Nəqliyyat logistikasına aid büdcə idarəçiliyi və nəqliyyat logistikası xərclərinin optimallaşdırılması. Logistika prosesləri ilə əlaqəli maliyyə axınının əlaqələndirilməsi və stiqamətinin təyin edilməsi;
  • Sifarişlərin müştərilərə fasiləsiz çatdırılmasının və filiallar arasında malların daşınmasının təşkili;
  • Hər bir filial üçün marşrut planlaşdırmasının keyfiyyətinə nəzarətinin və avtomobil parkının məhsuldarlığının təmin edilməsi;
  • Şöbə işinin təkmilləşdirilməsi, nəqliyyatdan istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş yeni sistemlərin hazırlanması və tətbiq edilməsi;
  • Yeni logistika sistemlərinin dizaynı və inkişafı, həmçinin mövcud logistika sistemlərinin optimallaşdırılmasını təmin edilməsi;
  • Hesabat formalarının və metodlarının inkişafı üzərində işin təşkil edilməsi;
  • Şöbə işçilərinin, verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Nəqliyyat logistikası şöbəsinin daxili və xarici əlaqələrinin təşkil edilməsi;
  • Hazırlanmış və təsdiq edilmiş sxemlərə uyğun olaraq şöbə ilə şirkətin digər bölmələri arasında qarşılıqlı əlaqənin təşkil edilməsi;
  • Şirkətin logistik əməliyyatlarının dəyərinin və səmərəliliyinin optimallaşdırılmasının təmin edilməsi;
  • Nəqliyyatda SƏTƏM qaydalarının tətbiq edilməsi;
  • Yol hərəkəti qaydalarının pozulmasının monitorinqi və səbəblərinin aradan qaldırılması.

TƏLƏBLƏR:

  • Ali təhsil (İqtisadi,texniki);
  • Nəqliyyat logistika sahəsində Rəhbər vəzifəsində ən azı 3 il iş təcrübəsi;
  • Təşkilatçılıq və İdarəetmə;
  • Yüksək analitik və riyazi bacarıqlar;
  • Marşrutlaşdırmanın əsaslarını bilmək;
  • Nəqliyyat istismarı və Avtopark idarəçiliyinin əsas prinsiplərini bilmək;
  • İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus dili – əla;
  • Qabaqcıl PC istifadəçisi.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 30.09.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Sürücü-dezinfektor

Deziline MMC  sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

18.09.2024 - Bakı