Nəqliyyat dispetçeri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Fresh Logistics Nəqliyyat dispetçeri vəzifəsi üzrə vakansiya elan edir.

“Fresh Logistics” MMC-də Nəqliyyat dispetçeri vakansiyası aktivdir.

Nəqliyyat dispetçerinin vəzifələri

  • Səfər öncəsi baş mexaniklə birlikdə yük avtomobilini sürücüyə təhvil verilməsi;
  • Yükün təyinat yerinə vaxtında çatmasını təmin etmək üçün yük avtomobilinin  izlənilməsi;
  • Sifarişlərin düzgün doldurulmasını təmin etmək üçün mühasibat, satış və ya planlama kimi digər şöbələrlə əlaqələndirməsi;
  • Planlama şöbəsi ilə əlaqə saxlamaq, onları gecikmələr, daşınma zamanı problemlər və ya daşınma zamanı yarana biləcək digər məsələlər barədə məlumatlandırmaq;
  • Bütün yüklərin düzgün yüklənməsi, daşınması və boşaldılması qaydalarına dair reys öncəsi sürücülərin təlimatlandırılması;
  • Hava şəraiti ilə bağlı monitorinqlər aparmaq, təhlükəli hava şəraiti haqqında səfərdə olan sürücüləri öncədən məlumatlandırmaq;
  • Yanacaq sərfiyyatına nəzarət etmək, fərlər yarandığı halda baş mexaniki məlumatlandırmaq;
  • Səfərboyu yaranmış plana daxil olmayan xərclərin səbəblərinin araşdırılıb uçotunun aparılması;
  • İstismar qaydalarına dair reys öncəsi sürücüləri təlimatlandırmaq və baş vermis qayda pozuntularının aşkarlanması üçün mütəmadi monitorinqlər aparmaq;
  • Sürücülərin fəaliyyətinə rəhbərlik etmək;
  • Səfər ərzində yaranmış problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq;
  • Reysdən dönən yük avtomobillərinə texniki baxış keçirilməsi üçün baş mexaniki öncədən məlumatlandırmaq;
  • Reysdən dönən yük avtomobilininin sürücüdən təhvil alınması üçün baş mexaniklə birlikdə texnikaya baxış keçirmək;
  • Aşkarlanmış uyğunsuzluqların səbəbinin müəyyənləşdirilməsi və dəymiş zərərin ödənilməsini təmin etmək üçün müvaviq sənədləşmə işini aparmaq.
  •  

Nəqliyyat  dispetçerinə dair tələblər

  • Təhsil: bakalavr dərəcəsi, nəqliyyat və logistika üzrə bakalavr dərəcəsi üstünlükdür
  • Təlim və Təcrübə: Müvafiq sahə üzrə 3 il rəsmi iş təcrübəsi
  • Mükəmməl ünsiyyət, sürücülərin idarəolunmasl və müştəri xidməti bacarıqları
  • Vaxtın səmərəli idarəedilməsi
  • Microsoft Office və dispetçer proqramlarında (GPS) işləmək bacarığı
  • Stressə davamlılıq

İş şəraiti:

  • Həftə ərzində 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 600-800 AZN
  • Nahar və Servis şirkət tərəfindən qarşılanır
  • İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B
  • Maraqlanan namizədlər öz cv formalarını vakansiya adı qeyd etməklə hr@freshlogistics.az mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı