Nəqliyyat,təsərrüfat və texniki təminat şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Damla Mebel MMC Nəqliyyat,təsərrüfat və texniki təminat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin və ya onun struktur bölmələrinin təsərrüfat xidməti üzrə işinə rəhbərliyi həyata keçirməlidir;
  • İstehsalatda yaranan problemləri araşdırmaq və problemlərin aradan qaldırılması üçün səmərəli təkliflər vermək;
  • Rəhəblik etdiyi sahə üzrə lazimi detalların alınması və sifarişlərin verilməsi;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət etməlidir.
  • Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə nəzarət etməlidir;
  • Binanın təmirini təşkil etməlidir, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etməlidir;
  • Təsərrüfat və texniki anbara alınan malları qəbul etməlidir;
  • Tabeçiliyində olan avtomobillərin saz vəziyyətdə olmasını təmin etmək yaranmış problemlərin vaxtında aradan qaldırımasını həyata keçirmək;
  • Tabeliyində olan işçilərə nəzarət.

Namizədə tələblər:

  • Ali Təhsil;
  • Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi;
  • Təşkilati və idarəetmə bacarığı;
  •  Microsoft office proqramlarından istifadə bacarığı;

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  •  Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq.
  • Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti şirkət tərəfindən təmin ediləcək.
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan.)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Nəqliyyat,təsərrüfat  və texniki təminat şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı