MXİMİ Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Rabitabank” ASC Maliyyə Xidməti İstehlakçılarının Müraciətləri ilə İş şöbəsinin meneceri vakansiyası üzrə işə qəbul elan edir.

“Rabitabank” ASC Maliyyə Xidməti İstehlakçılarının Müraciətləri ilə İş şöbəsinin meneceri vakansiyası üzrə işə qəbul elan edir.

  • Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • İstehlakçılardan daxil olan yazılı və şifahi müraciətlərin toplanmasını, araşdırılmasını və aidiyyatı qaydada və müddətdə cavablandırılmasını təmin etmək;
  • İstehlakçıların müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularının araşdırılmasını və cavablandırılmasını təmin etmək;
  • İstehlakçıların hüquq və öhdəliklərini, o cümlədən müraciətlərə baxılması prosesini müəyyən edən bankdaxili prosedur və aydaların hazırlanmasını və təstiqlənməsini təmin etmək;
  • İstehlakçılardan daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılmasına, reyestrdə olan məlumatların daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırılmasına daimi nəzarət etmək;
  • Bankın rəhbərliyinə istehlakçıların müraciətləri ilə əlaqədar aparılan işlərin və şöbənin fəaliyyətini tənzimləyən bankdaxili normativ sənədlərin təkmilləşdirilməsi barəsində təkliflər vermək;
  • Şöbənin fəaliyyətinin nəticələri barədə aidiyyatı məsul şəxsə/idarəetmə orqanlarına müvafiq hesabatları təqdim etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Hüquq sahəsinə üstünlük verilir);
  • Bank və ya kredit təşkilatında müraciətlərin araşdırılması məsələləri üzrə 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq;
  • Yüksək kommunikasiya bacarığı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək bacarığı;
  • Məsuliyyət və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “MXİMİ Menecer” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...