Qısa məzmun
C and S Group LLC Insan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya tələbləri:
- Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
- Yaş həddi: 25-35 yaş aralığında;
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
- AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;
- ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;
- Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
- Komanda ilə işləmə bacarığı;
- Səliqəli klassik iş geyimi (dress code).
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi office@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;
- Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;
- Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;
- Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;
- Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;
- Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;
- Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;
İş şəraiti:
- İş vaxtı: 09:00 – 18:00;
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Əmək haqqı: 800 AZN;
- Şirkət tərəfindən korporativ nömrə verilir.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə mütəxəssis
HR Team MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan Resursları üzrə Biznes Tərafdaş
OBA marketlər şəbəkəsi İnsan Resursları üzrə Biznes Tərafdaş vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan Resursları şöbəsi rəhbəri
Saloğlu İnsan Resursları şöbəsi rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Direktor köməkçisiRAM Holding Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...