Qısa məzmun
MilliKart LLC Müştəri əlaqələri üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərin narazılıqlarını və şikayətlərini araşdırmaq və analiz etmək;
- Şikayətlərin qəbul edilməsi, cavablandırılması, həlli ilə bağlı müvafiq şəxslərə yönləndirilməsi və onların həllinin təqib edilərək müvafiq məlumatlandırmanın aparılması;
- Davamlı olaraq müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyənləşdirmək və daxili və ya xarici təcrübədən yararlanaraq yenilik etmək üçün təşəbbüs göstərmək;
- Müxtəlif kommunikasiya kanallarından (telefon, sms, sosail media, üz-üzə və s.) müraciət edən potensial müştərilərin suallarının operativ şəkildə cavablandırılması və idmətlər haqqında ətraflı məlumatların çatdırılması;
- Mərkəzin xidmətləri barədə hətrəfli məlumata yiyələnərək suallara operativ cavabların verilməsi;
- Müvafiq əməkdaşlarla koordinasiya halında və komdanda şəklində fəaliyyət göstərilməsi;
- Mövcud müştərilərin pozitiv əhval ruhiyyədə və peşəkar tərzdə müştərilərin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi prosesində iştirak edilməsi;
Namizədə verilən tələblər:
- ali təhsilə üstünlük verilir
- azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- nitqi aydın və səlis olmalı
- fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- müştərilərlə ünsiyyət qurma bacarığı
- məsuliyyətli, səbrli olmalı
- MS Office proqramlarını bilməli
İş qrafiki: 09:00 -18:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 600-800 azn arası təyin ediləcəkdir.
Müraciət qaydası: CV-nizi hr@millikart.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Müştəri əlaqələri üzrə operator” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...