Müştərilərlə əlaqə üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Abşeron Logistika Mərkəzi Müştərilərlə əlaqə üzrə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Məhsul təqdimatını bacarmalıdır.

“Abşeron Logistika” MMC “Müştərilərlə iş üzrə meneceri” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Korporativ müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
  • Korportiv müştərilərlə işi təşkil etmək, korporativ müştəri portfelini formalaşdırmaq və idarə etmək;
  • Vaxtaşırı korporativ müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
  • Satışa dəstək qruplarını koordinasiya etmək, onların performansını qiymətləndirmək, effektivliyini artırmaq, xidmətləri barədə təlimatlandırmaq;
  • Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
  • Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
  • Müştəri portfelini təhlil etmək və gəlirliyin artırılması istiqamətində təklifləri hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müştərilərlə iş sahəsində 5 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini əla, Rus dilini və İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Heyəti idarəetmə bacarığı;
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Proses idarəçiliyi bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 23 iyun 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərlə əlaqə üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı