Müştərilərə Xidmət şöbəsinin mütəxəssisi (Call center)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

eManat Müştərilərə Xidmət şöbəsinin mütəxəssisi (Call center) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
  • Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
  • İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
  • Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
  • Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
  • Kommunikabellilik və səbrli olma bacarığı;
  • Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
  • Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
  • Daxili fəaliyyət qaydalarına riayət etmək;
  • İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
  • Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
  • Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.

Tələblər:

  • Ali təhsilli.
  • Yaş məhdudiyyəti : 19-35 yaş
  • Dil Bilikləri – Azərbaycan və rus dilini mükəmməl bilməli ,
  • Nitqində qüsur olmamalı;
  • Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
  • Verilən tapşırığa adaptasiya olma bacarığı;
  • Kollektivə uyğunlaşma bacarığı.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 6 günü (şənbə günü natamam);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin verilməsi;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı