Qısa məzmun
AzParking MMC Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan zəngləri qəbul etmək, cavablandırmaq və tələb olunan digər məlumat xidmətlərinin göstərilməsini həyata keçirmək;
- Gün ərzində qeydə alınan müraciətləri aidiyyatı şəxslərə yönəltmək, prosesin gedişatına nəzarət etmək və lazım olduğu halda geri dönüş zənglərini yerinə yetirmək;
- Şirkət tərəfindən təqdim olunan məhsul və göstərilən xidmətlər barədə müvafiq məlumatlar verərək şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- Daxil olmuş müraciətlərin təhlilini aparmaq və bununla bağlı müvafiq hesabatlar hazırlayaraq menecerə təqdim etmək.
- Müştəri müəmnuniyyətinin qorunmasına dəstək olmaq.
Sizdən gözləntimiz:
- Təhsil: Orta ixtisas təhsili (Ali təhsil üstünlükdür)
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
- Kompüter bilikləri: Microsoft Office
- Xidmət üzrə biliklər: Parklanma qaydaları
İş şəraiti:
- Əmək haqqı: 700 AZN
- İş saatları: 09:00-18:00;
- İstirahət günləri: Şənbə, bazar
- İş yeri: Bakı şəhəri, Hacı Məmmədov küçəsi.
Bizim komandada olmanın üstünlükləri:
- Rəqabətə davamlı əmək haqqı sistemi
- Karyera inkişafı
- Korporativ mədəniyyətə sahib iş mühiti
Axtardığımız namizəd sizsinizsə mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına öz CV-nizi göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...