Müştəri xidmətləri üzrə mütəxəssis/baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Müştəri xidmətləri üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
  • Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri olan namizədlərə üstünlük verilir;
  • Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Xarici dil bilikləri (Rus dili, ingilis dili bilikləri üstünlük hesab edilir);
  • Kompüter bilikləri (MS Office).

Əsas vəzifələr:

  • Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların Bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
  • Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
  • Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin  maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və  prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
  • Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində  araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Çarpaz satışı təmin etmək;
  • Müştərilərin Bankla günlük fəaliyyətlərini koordinasiya etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını mart ayının 15-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sizə uyğun filialın adını yazmaqla “Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

07.05.2025 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

07.05.2025 - Bakı

Əlaqə mərkəzinin mütəxəssisi

Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

07.05.2025 - Bakı