Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AtaSığorta ASC Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Sığorta hadisəsi üzrə müraciətləri dinləyir və proqrama daxil edir;
  • Sığortalının tələbinə və təminatına uyğun tibb müəssisəsi ilə əlaqə yaradır, xidməti dəqiqləşdirir;
  • Sığortalıya xidmət tarixi və yeri barədə məlumat verir;
  • Sığortalının müraciətlərinin qəbul edilmiş təminata və limitə uyğunluğunu yoxlayır.;
  • Səyahət sığortası hadisələrinin tənzimlənməsi üzrə sığortalının sığorta hadisəsi ilə bağlı müraciətlərini cavablandırır;
  • Müraciət etmiş sığortalılarla telefon əlaqəsi yaradıb xidmətin effektivliyi barədə məlumat toplayır, yaranmış narazılıqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görür və gündəlik hesabatlarda əks etdirir.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Tibb sahəsi üzrə ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi;
  • Sığorta sahəsində müvafiq fəaliyyət üzrə iş təcrübəsi olanlara üstünlük verilir.

Tələb olunan bacarıq və səriştəliklər:

  • Azərbaycan dilini əla (yazı, danışıq), ingilis və rus dillərini orta səviyyədə bilənə üstünlük verilir;
  • Microsoft Office proqramlarının biliyi (Word, Excel, Power Point);
  • Səlis nitq, aydın danışıq tərzi;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı.

Müraciət etmək üçün

Başlıqda “Tibbi və Səyahət Sığortası Departamentinin Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru” qeyd olunmaqla CV-nizi ir@atasigorta.az ünvanınıza göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı