Qısa məzmun
PASHA Bank Müştəri xidmətləri Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi.
- Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması
- Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası.
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
- Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi.
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
- Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
- Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
- Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Əlaqə mərkəzinin mütəxəssisi
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...