Müştəri xidmətləri operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Apar şirkəti Müştəri xidmətləri operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Müştəri sorğu və şikayətlərini telefon, e-poçt və sosial media vasitəsilə qəbul etmək və cavablandırmaq.
  • Müştərilərə velosiped kiralama prosesləri, qiymətlər və mövcud kampaniyalar haqqında dəqiq məlumatlar vermək.
  • Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək səviyyədə xidmət standartlarını təmin etmək.
  • Müştəri şikayətlərini səbirli və peşəkar şəkildə həll etmək.
  • Müştəri rəyləri və təklifləri əsasında xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.

Tələblər:

  • Müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları.
  • Problem həlli bacarıqları və yüksək səviyyədə müştəriyönümlülük.
  • Komanda işində uğur qazanmaq və müstəqil işləmə qabiliyyəti.
  • Azərbaycan dili-səlis, rus-yaxşı, ingilis dili-arzuolunan

Biz nə təklif edirik?

  • Gənc və dinamik kollektivdə işləmək fürsəti
  • Şəhər mərkəzində iş yeri
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri xidmətləri operatoru” yazaraq hr@apar.az  ünvanına göndərmənizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı