Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Gəncə filialına Müştəri Xidmətləri üzrə Mütəxəssis (Əməliyyatçı) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
- Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.
Tələb olunan səriştələr:
- Müştərilərlə nəzakətli ünsiyyət;
- Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
- Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Bank sahəsində (Əməliyyat istiqaməti üzrə) ən az 1 il iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı, işə məsuliyyət;
Qeyd: Gəncə və ya qonşu rayonlarda yaşayan namizədlərə üstünlük verilir.
Digər əsas keyfiyyətlər:
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Yüksək motivasiya və iş yükünə dayanıqlılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 02 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Gəncə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Aqrarkredit Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Ödəniş Kartları İdarəsinin Kart əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Elmanado MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Elmanado şirkəti Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Daxili audit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sabah Group LLC Maliyyə hesabatları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzRose MMC Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Para Bokt Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Məhsul Sahibi vəzifəsi üzrə vakansiya elan edir. ...
Home Finance BOKT Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Olmayan Kredit Təşkilatı Baş Mühasib vəzifəsinə işçi axtarışı elan edir. ...
ExpressBank Biznes Satış üzrə mütəxəssis (Bakı və Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...