Qısa məzmun
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis Müştəri Müraciətləri üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərdən birbaşa və ya dövlət orqanları vasitəsi ilə Təşkilatın müştəri şikayətləri kanalına daxil olan yazılı və şifahi müraciətləri qəbul edir, qeydə alır və müvafiq Hüquqşünasın nəzarətində cavablandırılmasını təmin edir;
- Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən müraciətlərə baxılması prosesi barədə sənədləri hazırlayır, həmin sənədlərin əlçatanlığını və müştərilərə izah edilməsini təmin edir;
- Müraciətlərin xarakterindən asılı olaraq Müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, müvafiq Hüquqşünasın nəzarətində onlara müraciətləri üzrə məsləhət və izahatlar verir;
- Müraciətlərin araşdırılması məqsədi ilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
- Müştəri xidməti ilə əlaqədə olan əməkdaşlara, müştərilərin şikayətlərinin toplanması və struktur bölməyə ötürülməsi, istehlakçılarla davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
- Müştərilərdən daxil olan şikayətlərin reyestrdə qeydiyyatını aparır, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırır;
- Fəaliyyətinə və istehlakçı şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
- Müştərilərlə hüquqlarının, qanuni mənafelərinin və istehlakçılarla münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün müvafiq Hüquqşünasın nəzarətində araşdırma aparır və çatışmazlıqların aradan qaldırılması istiqamətində Hüquq Departamenti Rəhbərinə müvafiq təkliflər hazırlayır;
- Birbaşa Rəhbəri tərəfindən müəyyən edilmiş digər öhdəlikləri icra edir.
Tələblər
Təhsil və təcrübə:
- Ali təhsil (Hazırda Bakalavr dərəcəsini bitirməkdə olan namizədlər müraciət edə bilər);
- İş təcrübəsi tələb edilmir (Müştərilərlə iş sahəsində könüllü təcrübənin olması üstünlükdür);
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
- Zərurət olarsa Regionlara səfər etmək imkanına malik olmaq;
- MS Office proqramlarını yaxşı bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...