Müştəri münasibətləri və hüquqi təminat üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifə və Öhdəliklər:

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
  • Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
  • Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;
    Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
  • İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
  • Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
  • Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
  • Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;
  • Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
  • Departament əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Departament əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
  • Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
  • Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
  • Zəruri hallarda Şirkətin məhkəmə orqanlarında təmsil etmək;
  • Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR:

  • Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi qqında texniki bilik;
  • Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.

TƏCRÜBƏ:

  • Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 2 il iş təcrübəsi.

BACARIQLAR:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Problemlərin həlli bacarığı;
  • Komanda ilə işləmək bacarığı,
  • Liderlik;
  • Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
  • Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 29 fevral, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin

.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı