Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Müştəri məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili arzuolunandır.
İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Pərakəndə bankçılıq departamentinin Müştəri məsləhətçisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Müştəri məsləhətçisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə
məlumat üçün: www.yelo.az
Struktur: Pərakəndə bankçılıq departamenti
Vəzifə: Müştəri məsləhətçisi
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Müştəri qarşılanması və yönləndirilməsi;
- Bankın məhsulları barədə tam məlumat;
- Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq.
Tələblər:
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- MC Office proqramları haqqında biliklər və istifadə etmək bacarığı;
- Dil bilikləri (Rus dili arzuolunandır).
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
Oxşar vakansiya siyahısı:
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...