Müştəri Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azərbaycan Beynəlxalq Bankı” Müştəri meneceri vəzifəsi üzrə vakansiya elan edir.

“Azərbaycan Beynəlxalq Bankı Bakı filialları üçün Müştəri meneceri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • İmtiyazlı müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • İmtiyazlı müştərilərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Bankın kredit və qeyri-kredit məhsullarının satışı və təqdim edilməsi;
    İmtiyazlı müştərilər ilə iş fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Azərbaycan dilini səlis bilən;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

 Bu iç sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Müştəri Meneceri (Göyçay)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı