Qısa məzmun
Ateshgah Müştəri xidmətləri- əməliyyatçı (Bərdə) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 22-35
- Xanım namizədlər
- Təhsil: Ali
- İş təcrübəsi: sığorta, maliyyə, bank sahəsində təcrübəsi olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)
- Microsoft Office (Word, Excel, Power Point proqramları)
Əsas vəzifə öhdəlikləri:
- Ofisə daxil olan müştərilərə sığorta məhsullarının təqdim edilməsi, satışı.
- Müqavilələrin hazırlanması
- Sığorta hadisələri ilə bağlı sənədlərin qəbul edilməsi, müqavfiq olaraq yönlənləndirilməsi
- Ciddi hesabat blanklarının qeydiyyatının aparılması
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri- əməliyyatçı (Bərdə)” qeyd etmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...