Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Müştəri xidməti şöbəsinin hüquqi şəxslərə xidmət üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İŞİN TƏSVİRİ:
- Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
- Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
- Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
QEYD:
- Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Mühasib
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Mühasib
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...