Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Nar Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Strukturlu və metodoloji düşünmə qabiliyyəti olmalıdır.

Vakansiya haqqında

İdarə : B2C Kommersiya
Şöbə : Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 21.09.2020

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərin hazırlanması, avtomatik mükafat sistemlərinin inkişafı və modelin effektivliyinin monitorinqi
  • Abunəçilərin davranışının təhlili və proqnoz edilməsi, davranış tendensiyalarının aşkarı və əldə edilən məlumatlara əsaslananaraq müştəriyönümlü məhsul və xidmət portfelinin inkişafı
  • Abunəçi bazasının seqmentasiyası, mikro-seqmentasiyası və müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması
  • Seqmentin davranışını proqnoz etmək məqsədilə analitik və statistik modellərinin yaradılması və hər hədəf qrupu üçün xüsusi təkliflərin formalaşdırılması
  • Hər kampaniya üzrə abunəçilərin qorunması, əldə edilən gəlir, istifadə və İƏG (ROI) nöqteyi nəzərdən monitorinqi və qiymətləndirilməsi
  • Müştəri axını və qoruma strategiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya Kibernetika üzrə Ali təhsil
  • Telekommunikasiya, FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və ya Proqnozlaşdırma üzrə iş təcrübəsi mütləqdir

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Analitik qabiliyyət
  • STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
  • Statistik modellərin anlayışı
  • Müştəriyönümlü
  • Komanda işi və əməkdaşlıq
  • Nəticəyönümlü
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Güclü riyazi bilik
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlükdür)
  • MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

27.03.2024 - Bakı