Qısa məzmun
Prior Leasing Müştəri əlaqələrinin idarə edilməsi üzrə mütəxəssis (CRM) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- CRM proqramında müştəri profillərinin idarə edilməsi;
- Müştəri axınlarının düzgün emal olunmasına nəzarət;
- CRM hesabatlarının çıxarılması;
- Müştəri istəkləri və tendensiyalarını təyin etmək və təkliflər vermək;
- Müştəri profillərinə uyğun datanın analizi;
- CRM üzərindən reklam kampaniyalarının həyata keçirilməsi;
- Lead-Deal analizi (voronka prodaj);
- Müştəri kareqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (Marketinq, Biznes İdarəçiliyi sahəsində bakalavr dərəcəsi arzuolunandır);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyətləri, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
İş şərtlərimiz:
- 5 günlük iş qrafiki, 08:30 – 17:30;
- Əmək haqqı: 1100-1300 AZN;
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “CRM” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...
AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...