Müqavilələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Alyans Tekstil Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılması;
  • Müqavilələrin hazırlanması və ekspertizasını həyata keçirmək;
  • Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
  • Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubları tərtib etmək;
  • Şirkətdaxili sənəd dövriyyəsini həyata keçirmək;
  • Rəhbərliyin digər uyğun tapşırıqlarını icra etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
  • Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
  • MS Office proqramlarını bilməli;
  • Azərbaycan, rus və ingilis dilləri – əla səviyyədə;
  • Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
  • Kollektivlə işləmə bacarığı.

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 5 günlük 08:30-17:30
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Müqavilələr üzrə mütəxəssis” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı