Müqavilələr üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Müqavilələr üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Bütün növ müqavilələrin (alqı-satqı, kirayə, icarə, lizin, xidmət, idxal/ixrac və s.) hazırlanması;
  • Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanması;
  • Müqavilə şablonlarının hazırlanması;
  • Müqavilələrin xitamı ilə bağlı müvafiq sənədlərin hazırlanması;
  • Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaların və ya reklamasiya aktlarının hazırlanması;
  • Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy verilməsi;
  • Müqavilələrin və Müqavilələrə aid olan bütün növ sənədlərin elektron vəziyyətdə arxivləşməsi və əsillərinin xronoloji vəziyyətdə kağiz formatda saxlanması, mühafizəsi;
  • Proqram təminatında müqavilələrin və əlavələrin reyestrinin aparılması.

Tələblər

  • Ali təhsil (hüquqşünaslıq);
  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Azərbaycan, ingilis və rus dillərini bilməli;
  • Müqavilə tərtibi sahəsində ən azı 2 illik təcrübə;
  • İT biliklər: MS Excel, MS Word, Outlook, Adobe Acrobat;
  • Mülki, vergi, inzibati və cinayət qanunvericiliyini bilmək.

https://hr.mktcotton.com/az/job/muqavileler-uzre-huquqshunas

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı