Məlumat mərkəzi şöbəsində mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Rabitəbank ASC Məlumat mərkəzi şöbəsində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“Rabitəbank” ASC Riteyl Bankçılıq Departamentinin Məlumat mərkəzi şöbəsində mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Banka telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablamaq;
  • Sosial şəbəkələrdə və digər internet media məkanlarında müştərilərin suallarını cavablandırmaq;
  • Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil etmək;
  • Zənglərə əsasən bank məhsullarının satışını təşkil etmək (telemarketinq);
  • Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Məlumat sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və rus dili bilikləri;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • MS Ofis proqramları ilə işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Səlis və aydın nitq qabiliyyəti.
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumat Mərkəzi” göstərməyiniz xahiş olunur.
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı