Qısa məzmun
PASHA Bank Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Yeni işçilərin qeydiyyatı, İT departamentinə sorğuların açılması, müvafiq sənədlər üçün müraciət (sosial sığorta şəhadətnaməsi, bank vəsiqəsi, əmək haqqı kartı, əmək kitabçası, icbari sığorta və s.), “E-gov” portalına və “SAP HRMS” sisteminə daxil edilməsi;
- Güzəşt və mənfəətlərin idarəedilməsi; (idman güzəştindən istifadə üçün müraciətlərin qeydiyyatının aparılması, işçilərə və fitnes mərkəzlərə lazımi informasiyaların təqdim edilməsi, biznes kartları və s.)
- Aktiv işçilərin şəxsi işlərinin yerli qanunvericiliyə və daxili qaydalara əsasən saxlanılması;
- İR dəstək xidmətinə (Help Desk) ünvanlanan əməkdaş sorğularının cavablandırılması, telefon zəngi və imeyl vasitəsilə yönləndirilməsi;
- Yeni işçilərin ilk iş günündə ilkin təqdimatın təşkil edilməsi: qarşılanma, müqavilənin izah edilməsi, “Salamlama” paketinin təqdim edilməsi;
- İR əməliyyatlar istiqamətinin mütəxəssisi ilə əməkdaşlıq çərçivəsində yeni gələn işçilərin şəxsi işlərinin, İR sənədlərin və formalarının təminatı;
- İşçilərin vəzifə dəyişikliyi və ya işçilər işdən çıxdıqda İT departamentinə sorğu açılması və İcbari Sığortaya müvafiq məlumatın təqdim edilməsi;
- Təcrübəçi və xidmət müqavilələri üzrə çalışan işçilərin şəxsi işlərinin saxlanılması və onların “SAP” sistemində qeydiyyatının aparılması; (işə qəbul, işdən çıxma və digər dəyişikliklər)
- Proses, qayda və təlimatların yazılması, həmçinin lazım olduqda dəyişikliklərin edilməsi;
- Yeni işçilərin sınaq müddətinin və illik əmək müqavilələrinin bitmə vaxtının monitorinqi və müvafiq İR Biznes Partnyorunun vaxtında məlumatlandırılması;
- “İntranet”in yenilənməsi: bütün işçi əlaqələrinin, daxili və mobil telefon nömrələrinin, fotoşəkillərinin “SAP master” faylı ilə uzlaşdırılması;
- Yeni əməkdaşlar üçün nəzərdə tutulan aylıq təqdimatlarda iştirak;
- Yeni işçilərə ümumi və İR əməliyyatları ilə əlaqəli məlumatların təqdim edilməsi; (məzuniyyət planları, əmək haqqı, ezamiyyət, mükafatlandırma, kompensasiya və s.)
- Əmək haqqı hesablanmasında şöbədaxili həmkarlara dəstək, səhvlərin aşkarlanması və aradan qaldırılması, əməkdaşlardan gələn sualların cavablandırılması;
- Əmək və xidmət müqavilələrinin tərtib edilməsi;
- Şöbənin sifariş formalarının yazılması və idarəedilməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Bakalavr təhsili
- İş təcrübəsi: 1-2 il İR əməliyyat, kadr kargüzarlığı, güzəşt, mənfəət və ya digər İR sahələri üzrə
- Xarici dillər: İngilis dili
- Kompüter bilikləri: MS ofis proqramları
- Digər: Güclü ünsiyyət bacarığı, enerjili və çevik
- Üstünlük verilir: “SAP” biliyi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 28.02.2022-ci il tarixinədək başlıqda “Mükafatlandırma və İR Əməliyyatları üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...