Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Mühəndis-təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.Nahar və nəqliyyat vasitəsi müəssisə tərəfindən təmin edilir.
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühəndis-təchizatçı” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: Əmək haqqı müsahibədən sonra müəyyən ediləcəkdir.
İş şəraiti
- Tam sosial təminat
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar və nəqliyyat vasitəsi müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Açılan sifarişlərin vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etmək;
- Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələrin hazırlanmasını təmin etmək;
- Partnyor şirkətlərin məlumat bazasını yaradılmasına nəzarət etmək;
- Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlar aparmaq;
- Qiymət araşdırması etmək və tenderləri həyata keçirmək;
- Avadanlıq və mal-material tədarükçülərinin axtarışını təşkil və təhlil etmək;
Tələblər:
- Ali təhsilli (Mühəndislik üzrə);
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
- MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
- Yaş həddi 30-45;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- İdarəetmə bacarığı olmalı;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühəndis-təchizatçı” Mövzu bölməsində göstərin. Mühəndis ixtisaslı və bu sahədə təcrübəsi olmayanlardan xahiş olunur ki, bu vakansiya üçün CV göndərməsinlər.
Oxşar vakansiya siyahısı:
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...