Mühəndis Mexanik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu Yaycılı Qardaşlar Mühəndis Mexanik vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə və öhdəliklər:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadadanlıqlarının, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığılmasını təmin etmək
  • Avadanlıqlarının təmirindən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
  • Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmasını və yoxlanılmasını təmin etmək
  • İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki sistemdə və elementlərdə texniki xidmət və təmir işlərinin aparılması
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
  • Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
  • Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi

Tələblər:

  • Ali texniki və ya mühəndis-texniki təhsil
  • Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını bilməli
  • İşinə məsuliyyətli, intizamlı olmalı;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 günlük iş həftəsi
  • Yemək və servis təminatı
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Sentyabr tarixinədək emailin mövzu hissəsində ” mühəndis mexanik” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 2500 ₼
Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

700 — 1000 ₼
Texniki ofis mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.08.2025 - Bakı

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

21.07.2025 - Hacıqabul

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir

Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...

Hajigabul Poultry Farm Company

18.07.2025 - Şəmkir