Mühəndis-mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

STP-AH MMC Mühəndis-mexanik vəzifəsi üzrə vakansiya elan edir.

Bizim üçün ideal namizəd :

  • Analoji sahədə ali təhsilli;
  • İstehsalat sahəsində 1/3 illik iş təcrübəsi olan;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, ümumi vəziyyətə texniki nəzarəti təşkil etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-mexanik” yazaraq cv@stp-ah.com ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan