Mühəndis-mexanik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Əsas vəzifə öhdəlikləri:

  • Aparılan tikinti obyektlərində mexaniki işlərin keyfiyyətli və səmərəli şəkildə aparılmasının təşkil edilməsinin nəzarətində yaxından iştirak etmək;
  • İşlərin gedişinə baxış zamanı qeyd olunan nöqsanların aradan qaladırmasını təmin etmək məqsədi ilə baş mexaniklə razılaşdıraraq müvafiq tədbirlər görür.
  • Avadanlıqlar və müxtəlif materiallar sahəyə gətirilən zaman onlara baxış keçirməlidir və hər hansı nöqsan qeyd olunarsa bu barədə baş mexanikə məlumat verməlidir.
  • Yeni cizgilərin və hesabatların tərtibatini təşkil edir.
  • Testdən keçən işlər barəsində baş mexanikə qəbul edilmiş formatda yazılı məlumat verməlidir.
  • Tamamlanmış işlərin qəbulunda iştirak edir.
  • Razılaşdırılmış iş planına nəzarət etməli və işlərin gedişinin hesabatlarını aparmalıdır.
  • Tikintidə quraşdırılan bütün mexaniki avadanlıqların, nasosların və cihazların texniki sənədlərini icraçı təşkilatdan qəbul etməlidir və tikintinin rəhbərliyinə təhvil verməlidir.
  • Şöbənin ümumi işlərində fəal iştirak etməlidir.
  • Müəssisədə əməyin mühafizəsi işinin təşkil edilməsində, əməyin mühafizəsi üzrə təlimatlara riayət edilməsində, təhlükəsiz və sağlam iş şəraiti yaradılmasında yaxından iştirak etməlidir.
  • Verilmiş tapşırıqları vaxtında yerinə yetirməlidir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
  • Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
  • AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) hr@bwc.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı