Qısa məzmun
STP-AH MMC Mühəndis-mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Təhsil – Ali, texniki (mexanika, maşınqayırma);
- Qeyd edilən sahə üzrə ən az 3-il iş təcrübəsi olmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Autocad və SolidWorks proqramını bilməli;
- Müəssisədə su ilə soyutma qurğuları, su təmizləmə qurğularına texniki xidmət, ehtiyac olduğunda suyun analizlərinin təşkili işini icra etməli;
- Müəssisədə istismar olunan qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxış keçirmək və aşkar edilmiş sızmaları aradan qaldırılmasını təşkil etməli;
- Təzyiq altında işləyən qurğulara, tutumlara vaxtı vaxtında xidmətin göstərilməsi və dövri təzyiq testlərinin aparılması işlərinin təşkili;
- Müəssisədə nəzarət ölçü cihazlarının saz vəziyyətdə saxlanılmasına cavabdehlik və cihazların vaxtında kalibrlənmə əməliyyatlarının aparılması işinin təşkili;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir və s;
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
- 25-40 yaş arası namizədlərə üstünlük verilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “mühəndis-mexanik” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qida sahəsi üzrə mexanik
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Layihəçi mühəndis"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...